Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bayram tətilində bölgələrə üz tutanların sayı artıb

19.03.2025 [21:14]

Bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən qarşıda bizi uzunmüddətli bayram tətili gözləyir. Artıq vətəndaşlar istirahət planlarını qurur. Elə buna görə də bu günlərdə bölgələrdə turizm obyektlərinə maraq xeyli artıb. Hotel menecerləri bildirirlər ki, artıq otaqların 80-90% bron edilib. Lakin rezervasiya üçün müraciətlər hələ də davam edir.