Çərəzlər: Faydadan zərərə!
21.03.2025 [14:00]
Qoz, fındıq, badam… Bayram ərəfəsində bu çərəzlər hər evin süfrəsində öz yerini alır. Lakin ləzzətli və orqanizm üçün faydalı olan bu məhsulları həddindən artıq istehlak etdikdə allergiya, baş ağrısı və həzm problemlərinə səbəb ola bilir. Üstəlik, çərəzlərin düzgün saxlanılmaması da onların keyfiyyətini aşağı salır və sağlamlıq üçün risk yaradır.