Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında kreativ Novruz suvenirləri hazırlanıb

20.03.2025 [15:26]

Xəbərin mətni

Laçın sənətkarlarından Novruz sovqatı. Builki bayramın ən kreativ suvenirləri "Bakı Abadlıq Xidməti"MMC-nin Laçında açdığı "Gilabi ceramics" Yaradıcılıq Mərkəzində hazırlanıb. Sənət adamlarının bahar ovqatlı əl işlərində Novruzun bütün atributları ilə yanaşı məşhur Qasımuşağı xalçasının ornamentləri, Laçın mənzərələri də əks olunub.