Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb

24.03.2025 [14:28]

Xəbərin mətni

Masallı rayonu ərazisində yerləşən 3 mağazadan 9400 manat, bank kartı və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Hüseyn İbrahimov saxlanılıb.