Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb

24.03.2025 [16:04]

Xəbərin mətni

Baharın ilk günləri olmasına baxmayaraq, təbiət hələ də bu dəyişikliyə tam uyğunlaşmayıb. Azərbaycanın bəzi bölgələrində hava şəraiti kəskin dəyişib, yaz yağışları isə artıq yerini qar yağışına verib. Xüsusilə Şamaxıda müşahidə edilən güclü qar qış mənzərəsi yaradıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son günlər temperaturun 15-20 dərəcə aşağı düşməsi bölgədə şaxtalı havaya səbəb olub.