Havanın temperaturu martın 26-dan yüksələcək
24.03.2025 [17:32]
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.