Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib
25.03.2025 [14:09]
Xəbərin mətni
Xəbər verdiyimiz kimi, Vyetnamın Baş prokuroru Nquyen Tiyenin dəvəti ilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Hanoyda işgüzar səfərdədir. AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Vyetnamın Ali Xalq Məhkəməsinin sədri Li Min Çi ilə ikitərəfli görüş keçirilib. Li Min iki il əvvəl Vyetnamın Baş prokuroru olarkən Kamran Əliyevlə Sankt-Peterburqdakı görüşünü xatırladıb və iki ölkənin prokurorluqları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun hüquq mühafizə orqanları arasında əməkdaşlıq üçün təkan rolunu oynayacağına əminliyini ifadə edib.