11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır
25.03.2025 [15:50]
Xəbərin mətni
Salyan rayonundan olan 11 yaşlı Aylin Babayeva beşinci sinif şagirdi olmasına baxmayaraq, əldə etdiyi uğurları və istedadı ilə fərqlənir. O, iştirak etdiyi olimpiada və bilik yarışlarında 300-ə yaxın sertifikat, 50-ə yaxın medal və bir neçə kubokun sahibi olub. İndi 11 yaşlı istedadlı yeniyetmə Boston və Sinqapurda keçiriləcək beynəlxalq olimpiadalara hazırlaşır.