Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi rayonunda növbəti əməliyyat: narkokuryerdən 13 kq marixuana və həşiş aşkarlanıb

25.03.2025 [16:23]

Xəbərin mətni

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir. Daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı Ceyhun Kuhi saxlanılıb. Onun üzərindən 13 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkarlanaraq götürülüb.