Kənd məktəblilərindən qızıl medala hədəflənmiş maksimum nəticə
26.03.2025 [16:28]
Xəbərin mətni
Xaçmaz məktəbliləri Hüseyin Muradzadə və Elgün Məmmədov Məktəblilərarası fənn müsabiqələrinin ilk mərhələsində yüz faizlik nəticə ilə yarımfinal turuna vəsiqə qazanıblar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeddinci sinifdə oxuyan hər iki şagird kənd məktəblərində təhsil alır. Hüseyin Muradzadə Xaçmazın Hacıəbdürrəhmanoba kəndində yaşayır, təhsil almaq üçün isə qonşuluqdakı Palıdlı kənd tam orta məktəbinə gedir. Müsabiqədə riyaziyyat fənni üzrə biliyini sınayan balaca istedad 25 sualın hamısına doğru cavab verərək maksimum nəticə əldə etməyi bacarıb.