Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sarıcalı kəndindəki körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb

28.03.2025 [18:08]

Xəbərin mətni

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti mühüm işlər görür. Bu məsələ işğaldan azad edilmiş ərazilərimizdə də diqqət mərkəzində saxlanılır. Bu bölgələrimizdə bir çox uşaq təhsil-tərbiyə müəssisələrinin yaradılması prosesinin geniş vüsət alması bunu aydın nümayiş etdirir. Belə müəssisələrdən biri də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ötən gün açılışı olan Ağdam rayon Sarıcalı kənd körpələr evi-uşaq bağçasıdır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI