Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyanın Vaşinqton sakinlərinə hədiyyə etdiyi bayram - Milli “Cherry Blossom” Festivalı

28.03.2025 [18:23]

Xəbərin mətni

ABŞ-ın paytaxtı Vaşinqtonda ənənəvi Milli “Cherry Blossom” festivalı keçirilir. Yazın gəlişinin qeyd edildiyi festivalın bu il martın 20-dən aprelin 13-nə kimi davam etməsi gözlənilir. Bayramın adı Vaşinqtonun parklarında, əsasən də Potomak çayının sahilində əkilmiş sakura (albalı) ağaclarının çiçəklənməsi ilə bağlıdır.