Azərbaycan Dövlət İnformasiya Agentliyi

23 kütləvi məzarlıq:daha neçəsi qaldı?

29.03.2025 [18:01]

Ağdamın Sarıcalı, Şuşanın Daşaltı, Xocavəndin Edilli, Xocalının Fərrux və digər işğaldan azad edilmiş ərazilərdə bir-birinin ardınca aşkarlanan 23 kütləvi məzarlıq erməni vəhşiliyinin əyani sübutudur. Qazıntılar zamanı ortaya çıxan faktlar dəhşətlidir. Tapılan insan qalıqlarının üzərlərində aşkarlanan nal mismarları, kəsici-deşici alətlərlə vurulan xəsarətlər, güllələnmə izləri onlara verilən işgəncələrdən, əzablardan geriyə qalan nişanələrdir.