Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafada ağır yol qəzası baş verib, bir nəfər ölüb

29.03.2025 [18:10]

Xəbərin mətni

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Xətai kəndi ərazisində qeydə alınıb. 2004-cü il təvəllüdlü Elin Mamayevin idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Hadisə yerinə təcili yardım və FHN-in xilasedici qrupu cəlb olunub. Deformasiyaya uğramış avtomobildən meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayonlararası zona mərkəzinə təhvil verilib.