Ramazandan sonra ənənəvi qidalanmaya necə keçmək olar?
30.03.2025 [18:00]
Müqəddəs Ramazan ayı sona çatdı. Nəzərə alsaq ki, Ramazan ayında qidalanmamızda kifayət qədər dəyişiklik oldu, ay sona çatdıqdan sonra yenidən ənənəvi qidalanmaya keçid edərkən də, müəyyən məqamlara diqqət etməliyik. Dietoloq Leyla Zülfüqarlının sözlərinə görə Ramazan ayı boyunca orqanizmimizdə metabolik dəyişikliklər baş verdiyi üçün Ramazandan sonra birdən-birə ənənəvi qidalanmaya keçmək zərərli ola bilər.