Şərti sərhəddə nə baş verir?
01.04.2025 [18:42]
Mart ayı ərzində Ermənistanın ard-arda törətdiyi təxribat əməllərinin şahidi olduq. Şərti sərhəddə atəş səsləri səngimədi desək, yanılmarıq. Mövqelərimiz dəfələrlə atəşə tutuldu. Qarşı tərəf PUA-lar vasitəsi ilə kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd etdi. Bütün bunlar sülh göyərçini obrazına bürünən Ermənistanın yürütdüyü siyasətin əsl mahiyyətini növbəti dəfə ortaya qoydu.