Könüllü tibbi sığorta nədir?
01.04.2025 [19:16]
Son illərdə ölkəmizdə könüllü tibbi sığortaya müraciət edənlərin sayı artıb. Azərbaycan Sığortaçılar Assosiasiyası yanında Araşdırma və İnkişaf Mərkəzinin direktoru Pərviz Quliyevin sözlərinə görə könüllü tibbi sığortadan əvvəllər daha çox korporativ şirkətlər istifadə edirdisə, artıq son illərdə bu layihə fərdi şəxslərə də təklif edilir. Bəs maraqlıdır könüllü tibbi sığorta nədir və özündə nələri ehtiva edir? Qurumun rəsmisi bildirib ki, Könüllü tibbi sığorta şəxsi olmasına baxmayaraq, qeyri-həyat sığorta sinfinə aiddir və bir çox üstünlükləri var.