Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanlı usta: Sənəti milli sənətkarlığa uyğun yaşatmağa çalışıram

02.04.2025 [16:09]

Xəbərin mətni

Xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi, dəmir üzərində döymə (bədii metal) sənəti də bu gün yaşadılır. Babək rayonunun Şəkərabad kənd sakini, Naxçıvan Rəssamlar Birliyinin üzvü, bədii metal ustası, müharibə veteranı Tapdıq Həmzəyev bu sənətin müasir dövr nümayəndələrindəndir. O, evinin bir otağını emalatxanaya çevirərək burada özünəməxsus əl işləri hazırlayır.