Bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək
02.04.2025 [18:47]
Azərbaycanda bir qrup şəxsə 2600 manat birdəfəlik müavinət ödəniləcək. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 2600 manat müəyyən edilib. Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə əvvəlki qanunda sözügedən uşaqlara verilən müavinət məbləğində qeyri-müəyyənlik var idi. Buna görə də dəyişikliyin edilməsi zəruri idi.