Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Bərabər və güclü gələcəyə doğru” animasiyalı sosial çarx təqdim edib

03.04.2025 [10:08]

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə dəyərlərinin təbliği, qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. İşğaldan azad edilmiş ərazilərin bərpasının sürətlə davam etdiyi, 30 ilə yaxın yurd həsrəti çəkən insanlarımızın Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlər və böyükmiqyaslı layihələr fonunda öz doğma yurd-yuvalarına qayıtdığı bir dövrdə ailə dəyərlərinin, bərabər iştirakçılığın təşviqi xüsusi diqqət tələb edir. Doğma torpaqlara qayıdan əhaliyə dövlət dəstəyini qeyd etmək, həmçinin ailələrimizin qayıdışının əhəmiyyətini vurğulamaq və təşviq etmək məqsədilə Dövlət Komitəsinin sifarişi əsasında “Bərabər və güclü gələcəyə doğru” animasiyalı sosial çarx hazırlanıb.