Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprel döyüşləri: 44 günlük müharibədə qazanılan Zəfərə aparan yol

03.04.2025 [17:03]

Xəbərin mətni

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən doqquz il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

BÖLMƏNİN DİGƏR VİDEOLARI