Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli professor: Beynəlxalq Təlim Aylığı NDU-nun vizyonunu göstərən layihədir

03.04.2025 [17:41]

Xəbərin mətni

Beynəlxalq Təlim Aylığı çərçivəsində bu gün tələbələrə ürək-damar cərrahiyyəsində icra olunan əməliyyatların təməl qaydaları, təkmilləşməsi və gələcəkdə necə olacağı haqqında məlumat verdim. Robotik ürək cərrahiyyəsində əməliyyatlar və onların şərtləri barədə bilgilər bölüşdüm. Burada əsas məqsədimiz onları gələcəyə hazırlaya bilməkdir. Bu sözləri Türkiyənin Acıbadem Xəstəxanasının Ürək-Damar Klinikasının qurucusu professor Cem Alhan deyib.