Kənd təsərrüfatı təyinatlı torpaqlar icarə haqqı olmadan kimlərə veriləcək?
03.04.2025 [19:13]
Azərbaycanın işğaldan azad olunan ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar orada məskunlaşan sakinlərə əkin məqsədilə icarə haqqı olmadan istifadəyə veriləcək. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, torpaqların pulsuz istifadəyə verilməsi prosesinə ilkin olaraq Zəngilan rayonunun Ağalı kəndində start verilib. Nazirliyin şöbə müdiri Firudin Tağıyevin sözlərinə görə torpaqların istifadəsi üçün artıq 70 nəfər müraciət edib və hazırda həmin müraciətlərin təhlili prosesi gedir.