Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellekt insan əməyini əvəz edə biləcəkmi?

04.04.2025 [20:42]

Sənaye inqilabı, kompüterlərin ixtirası, internetin inkişafı… Texnologiya tarix boyu insan həyatını və iş proseslərini dəyişdirib. İndi isə süni intellekt texnoloji inqilabın yeni mərhələsini formalaşdırır. Artıq həm dünyada, həm də ölkəmizdə süni intellektin tətbiq sahələri getdikcə genişlənir. Lakin bu inkişaf bir çox insanlarda iş yerlərini itirmək qorxusu yaradıb. Çünki bəzi sahələrdə süni intellekt artıq insan əməyini əvəz etməyə başlayıb