Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevirdə “Erkən müayinə can qurtarır!” adlı tibbi aksiya keçirilib

05.04.2025 [20:18]

Xəbərin mətni

Mingəçevir şəhərində “Fərqindəlik” layihəsi çərçivəsində “Erkən müayinə can qurtarır!” adlı tibbi aksiya keçirilib. “Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənovanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin, “PAŞA Holdinq”in birgə təşkilatçılığı ilə reallaşan layihənin məqsədi əhalinin sağlamlığının qorunmasına töhfə vermək, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək, tibbi maarifləndirməni artırmaq, insanlara keyfiyyətli tibbi xidmət göstərməkdir.