Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paris: Fransada üç siyasi partiya bir-birinə qarşı etiraz nümayişi edib

07.04.2025 [11:47]

Xəbərin mətni

İfrat sağçı “Milli Birlik” (Rassamblement National –RN) partiyasının birinci instansiya məhkəməsində dövlət vəsaitlərini mənimsəmədə ittiham olunması və Marin Le Penin prezident seçkilərinə namizədliyini irəli sürə bilməməsi son günlər fransız siyasi təbəqəsi daxilində gərginlik yaradıb. Nümayişlər şəhəri olan Parisdə bir neçə siyasi partiya şəhərin müxtəlif məkanlarında aksiya keçirib.