"Dərnəgül" elektrik deposunun tikintisinə start verildi
07.04.2025 [11:53]
Bakı metropoliteninin “28 May” stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin kəsişməsinin qarşısının alınması intervalların azaldılmasına hədəflənən əsas məsələlərdən biridir. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir, bunlardan ən vaciblərindən biri isə “Dərnəgül” elektrik deposunun tikilməsidir. Artıq bu istiqamətdə işlərə başlanılıb.