Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minalarla mübarizə üçün beynəlxalq səylərin səfərbər edilməsi vacibdir

07.04.2025 [17:36]

Bu gün Cəbrayılda bir hərbçimiz, ötən gün ANAMA-nın əməkdaşı, eyni gündə Ağdamda ata və iki azyaşlı övladı Ermənistanın ərazilərimizdə basdırdığı minaların qurbanı oldu. Hər ötən gün statistik rəqəmlər dəyişir. Ard-arda baş verən mina partlayışları nəticəsində həyatını itirən, xəsarət alan günahsız insanların sayı artır.