Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiberdələduzların saxta sayt fırıldağı

07.04.2025 [19:29]

Tanımadığınız bir insan zəng edərək nömrənizin onun nömrəsi ilə oxşar olduğunu bildirir və hansısa saytan qeydiyyatdan keçən zaman səhvən sizin nömrənizi əlavə etdiyini deyir. Sizdən isə telefonunuza gələn SMS kodu ona deməyinizi xahiş edir. Bu, kiberdələduzların pullarımızı ələ keçirmək üçün bizə hazırladıqları növbəti tələdir.