Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fariz İsmayılzadə: Qarabağ Universitetinin böyük hədəfləri və planları var

08.04.2025 [15:11]

Xəbərin mətni

7-ci ADA siyasi forumunda iştirak etmək üçün Füzuli Beynəlxalq Hava Limanından Xankəndiyədək yolda siz bir sıra dağıntıları gördünüz. Lakin bununla yanaşı, Azərbaycanın burada apardığı quruculuq işlərinin də şahidi oldunuz. Azərbaycan Qarabağda quruculuq işlərini davamlı olaraq aparmaqla regionda sülhə töhfə verir. Bu sözləri ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə aprelin 8-də Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI