Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA-da ermənilər Qarabağda yaşasın deyirlər, bəs Qərbi azərbaycanlılar?

08.04.2025 [20:23]

Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O’Flaertinin Avropa Şurası Parlament Assambleyasının plenar iclasında erməni deputatın sualına cavabı onun mövzudan nə qədər xəbərsiz olduğunu göstərir. Belə ki, Avropa Şurasının ali komissarı ermənilərin Qarabağa qayıdışı məsələsinə toxunsa da, nədənsə Qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdış hüququndan heç bir kəlimə də danışmayıb. Təəccüblü deyil. Azərbaycan müxtəlif vaxtlarda Avropa strukturlarında belə hallarla qarşılaşıb. Ekspertlərin fikrincə bu, Qərb təsisatlarında dərin kök salmış ikili standartlar siyasətinin növbəti təzahürüdür.

BÖLMƏNİN DİGƏR VİDEOLARI