Zəngilan şəhəri birinci yaşayış məhəlləsində 104 ailə məskunlaşacaq
08.04.2025 [22:14]
Xəbərin mətni
İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi sayəsində işğaldan azad edilən ərazilərdə həyat yenidən canlanmağa başladı. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən ilk köçün ünvanı olan Zəngilanda da tikinti-quruculuq işləri davam etdirilir. Zəngilan şəhəri birinci yaşayış məhəlləsində işlərin böyük hissəsi tamamlanıb.