Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qidaların yoxlanıldığı laboratoriya

10.04.2025 [17:57]

2023-cü ilin ilk rübündə 392, 2024-cü ilin ilk rübündə isə 293 nəfər qidadan zəhərlənib. Bu rəqəmlər onu deməyə əsas verir ki, təhlükəsiz qidaların sayı artır və qida təhlükəsizliyinə nəzarət gücləndirilir. Qidaların təhlükəsizliyi insan sağlamlığı üçün vacib amildir. Bu səbəbdən məhsullar satışa çıxarılmadan əvvəl laboratoriya şəraitində yoxlanılmalıdır. Qida məhsullarının yoxlanılması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir və bu zaman müxtəlif qida nümunələri təhlil olunur. Həmin nümunələr isə üç əsas təyinat üzrə təqdim edilir.