Dövlət hesabına kimlər sanatoriya və kurortlara göndərilir?
10.04.2025 [20:18]
Yay fəslinin yaxınlaşması ilə əlaqədar olaraq istirahət məkanlarına, kurort və sanatoriyalara üz tutanların sayı artır. Eyni zamanda, elə bir qrup insanlar da var ki, onların kurort və sanatoriyalarda müalicəsi və istirahəti dövlət hesabına – tamamilə pulsuz şəkildə təşkil olunur. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, Sosial Xidmətlər Agentliyi tərəfindən imtiyazlı şəxslər dövlət hesabına kurort və sanatoriya yollayışları ilə təmin edilirlər. Bəs bu yollayışlardan kimlər və necə yararlana bilər?