Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda radionuklid terapiya və nüvə təbabətinə həsr olunmuş ilk beynəlxalq elmi simpozium işə başlayıb

10.04.2025 [21:57]

Xəbərin mətni

Aprelin 10-da Bakıda radionuklid terapiya və nüvə təbabətinə həsr olunmuş ilk beynəlxalq elmi tədbir – Radiofarmasevtik Müalicə üzrə Beynəlxalq Simpozium (ISRT 2025) işə başlayıb. AZƏRTAC xəbər verir ki, Nüvə Təbabəti Cəmiyyətinin 6-cı Konfransı ilə birgə keçirilən bu simpoziumda onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi sahəsində dünyanın müxtəlif ölkələrindən tanınmış alim və mütəxəssislər iştirak edirlər. Simpozium, radionuklid terapiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat –Ümumdünya Radiofarmasevtik və Molekulyar Terapiya Assosiasiyası (WARMTH) ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir.