Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın “Bakı-2015”-dən bəhs edən videosüjet və fotoları paytaxtdakı monitorlarda nümayiş olunur

13.06.2015 [14:13]

Xəbərin mətni
“Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC bu möhtəşəm idman tədbirindən bəhs edən videosüjetlərini və fotolarını paytaxtdakı monitorlarda nümayiş etdirməyə başlayıb. Video-foto materiallar Fəvvarələr bağı yaxınlığında və AZƏRTAC-ın binası qarşısındakı monitorlar vasitəsilə yayımlanır.