Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib

14.04.2025 [16:14]

Xəbərin mətni

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə aprelin 14-də Baş Prokurorluğun və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Ulu Öndər Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib. Konfransda prokurorluq, hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları, təhsil işçiləri, tələbələr, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.