Azərbaycan Dövlət İnformasiya Agentliyi

BRAF-ın Baş katibi: Mediada uşaqların qorunması ortaq strategiya tələb edir

15.04.2025 [16:41]

Xəbərin mətni

 Müasir media mühiti uşaqların informasiyaya çıxışını asanlaşdırsa da, eyni zamanda, onların uyğun olmayan məzmuna qarşı daha həssas olmasına səbəb olur. Uşaqlar və gənclər texnoloji yeniliklərə tez uyğunlaşır və məzmunu sürətlə istehlak edirlər. Ancaq bu məzmunun bəziləri onların psixoloji və fiziki sağlamlığına mənfi təsir göstərə bilər.Bu fikirləri Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) Baş katibi Deniz Güçer aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.