Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısı keçirilib
15.04.2025 [12:00]
Xəbərin mətni
Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 11-ci Toplantısı keçirilib. BRAF region ölkələrinin yayım tənzimləyici qurumları arasında dialoqun və əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə yaradılmış mühüm regional platformadır.