Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda su basmış ərazilərdə yağışın fəsadları aradan qaldırılır

16.04.2025 [13:19]

Dünən gecədən başlayan leysan yağış və güclü külək paytaxtın bir sıra ərazilərində subasma və digər fəsadların yaranmasına səbəb olub. Həmçinin müşahidə olunan güclü külək paytaxtda bir çox ağacların qırılıb aşmasına səbəb olub. Belə ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən veriləb məlumata əsasən bu gün səhər saat  10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.