Güclü külək nəticəsində paytaxtda 55 ağac sınıb
16.04.2025 [16:34]
Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşaiyət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb. Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib. Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.