Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda və Abşeron yarımadasında 15 saat ərzində düşən yağıntının miqdarı aylıq normadan iki dəfə çoxdur

16.04.2025 [19:03]

Xəbərin mətni

“Artıq bir neçə gündür ki, Aralıq dənizi üzərində formalaşan siklonun ölkəmizə daxil olması nəticəsində ölkə ərazisində qeyri-sabit, eyni zamanda, yağıntılı hava şəraiti müşahidə edilir. Bu sözləri aprelin 16-da Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova jurnalistlərə açıqlamasında deyib.