Azərbaycanın yaşıl gələcəyi - xalis sıfır emissiya
16.04.2025 [19:23]
İqlim dəyişikliyi bu gün qlobal gündəmin əsas mövzularından biridir. Azərbaycan da bu prosesə fəal şəkildə qoşularaq 2050-ci ilə qədər xalis sıfır emissiyaya çatmaq hədəfini qarşısına qoyub. Bəs bu məqsədə çatmaq üçün hansı tədbirlər həyata keçirilir və proses hansı mərhələdədir? Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin sözlərinə görə, atmosferi çirkləndirən əsas faktorlar arasında ənənəvi elektrik stansiyalarının rolu böyükdür. Bu səbəbdən də xalis sıfır emissiyaya keçid prosesində təmiz və bərpa olunan enerji mənbələrinin rolu xüsusilə önə çıxır.