Kürdəmirdə küçə və həyətlərə dolan yağış suları kənarlaşdırılır
16.04.2025 [21:38]
Xəbərin mətni
Kürdəmirdə ötən gecədən etibarən yağan intensiv yağışlar rayon ərazisində bir sıra fəsadlara səbəb olub. Gecə saatlarında leysan xarakteri alan yağıntı səhər saatlarında daha da güclənib. Nəticədə rayonun mərkəzi küçə və prospektlərinə, fərdi yaşayış evlərinə, yardımçı tikililərə su dolub.