Qəbul imtahanında yenilik tətbiq edilir
17.04.2025 [20:19]
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilib. Belə ki, qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək. Lakin 2021-ci ildən tətbiq olunan alt qrup imtahanlarında yenilik var.