Apreldə ağ örpəyə bürünən Lerik
17.04.2025 [21:29]
Ötən gecədən başlayaraq cənub bölgəsində havanın temperaturu əvvəlki günlərə kəskin aşağı düşüb. Lerik rayonunun ucqar dağlıq kəndlərindən olan Nuravud, Şinəband, Pirəsora, Sorsçay və Orand kəndlərinə qar yağıb. Ən çox yağıntı Orand kəndində müşahidə edilib. Dağlıq ərazi boyunca aşırımlarda yolların qardan təmizlənməsi işləri həyata keçirilir.