Plastik əməliyyat edəcək 42 cərrah
18.04.2025 [18:01]
Ölkəmizdə plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə yaradılan Xüsusi Təftiş Komissiyası plastik cərrahiyyə əməliyyatı edə biləcək həkim-mütəxəssislərin siyahısını təqdim edib. Məlumata görə, siyahıya adları daxil edilməyən plastik cərrahların bu sahə üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb. Qeyd edək ki, plastik cərrahiyyə əməliyyatı etmək üçün icazəsi olmayan həkim-mütəxəssislərin fəaliyyəti ilə bağlı mütəmadi olaraq yoxlanışlar həyata keçiriləcək.