Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib
18.04.2025 [18:45]
Xəbərin mətni
Aprelin 18-də Baş prokuror Kamran Əliyevin iştirakı ilə Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə Baş prokurorluğun və Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.