Qaxda Qərbi Azərbaycanla bağlı konfrans keçirilib
19.04.2025 [18:12]
Qax rayonunda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib. Qərbi Azərbaycan İcması və Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir bədii və rəsmi olmaqla iki hissədən ibarət olub.