Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər dənizinin dayazlaşmasının səbəbi nədir?

22.04.2025 [18:34]

Son illərdə iqlim dəyişikliyi nəticəsində dünyanın bir çox bölgəsində su hövzələri çəkilir. Bu qlobal prosesin təsiri Xəzər dənizindən də yan keçməyib. Dənizin sürətlə dayazlaşması həm ekoloji tarazlığa, həm də regionun iqtisadi fəaliyyətinə ciddi təsir göstərir. Mütəxəssislər bu fenomenin səbəbləri və fəsadları ilə bağlı xəbərdarlıq edirlər. Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyev bildirir ki, Xəzərin ən mühüm xüsusiyyəti onun səviyyəsinin dəyişkənliyidir. Bu dəyişikliklər isə birbaşa iqlimdə baş verən proseslərlə bağlıdır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI